По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Сельское хозяйство


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Qasımov Mayis, Muradov Vidadi : Boyaqçılıq
Kitab tarixən Azərbaycanda peşəkar səviyyədə formalaşan, praktik cəhətdən get-gedə öz miqyasını genişləndirən və təkmilləşən boyaqçılıq sənətinə həsr olunmuşdur. Burada boyaqçılığın tarixi, əlaqədar olduğu sənət sahələrindən biri olan xalçaçılıq, ənənəvi xalq boyama üsulları, əsas xammal kimi istifadə olunan və Azərbaycan florasına aid olan 84 boyaq bitkisi, laboratoriya təcrübələrinin nəticələri, təbii boyaqlarla boyanmış yun iplərdən toxunmuş xalçalar və s. haqqında maraqlı materiallar, fotoşəkillər təqdim edilmişdir. Boyaq bitkilərinin Azərbaycan ərazisində yayılma arealları, kimyəvi tərkibləri, bitki xammalının toplanma vaxtları, qurudulma və istifadə qaydaları haqqında məlumatlar da daxil edilmişdir.
Dünyamalıyev Məmmədəli, Məmmədhəsənov Naiq  : Kartofçuluq
Kitabda kartof yetişdirilməsinin tarixi, kartofun morfoloji və fizioloji xüsusiyyətləri, torpaq-iqlim şəraitinə təlabatı, sortun seçilməsi və əkin materialının hazırlanması, suvarmanın vaxtı və norması, gübrələnməsi, alaq otlarından, xəstəlik və zərərvericilərdən mühafizəsi, yığımı, daşınması və saxlanması haqqında məlumatlar qeyd olunmuşdur.
Fətullayev Pərviz : Naxçıvan Muxtar Respublikası şəraitində yumşaq buğdanın seleksiyası və toxumçuluğu
Monoqrafiyada coğrafi mənşəyinə, həyat tərzinə, növmüxtəlifliyinə görə fərqlənən yumşaq buğdanın sort nümunələrinin muxtar respublika ərazisində təsərrüfat əhəmiyyətli əlamətlərinə, eləcə də bioloji xüsusiyyətlərinə görə öyrənilməsindən, qiymətləndirilməsindən, müqayisəli xarakteristikasından bəhs edilmişdir.
Quliyev Varis, Talıbov Tariyel : Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası
Təqdim edilən ''Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası'' kitabı regionun aborigen meyvə və giləmeyvə bitkilərinin sort müxtəlifliyinin araşdırılması, nadir sortların bərpası, ərazidə meyvəçilik və üzümçülüyün daha da inkişaf etdirilməsi haqqındadır.
Məhərrəmov Saleh, Məmmədli Turan, İbadullayeva Səyyarə : Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinin yem bitkiləri (Müxtəlif otlar)
Kitabda Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində yayılmış yem bitkilərinin floristik təhlili, bioekoloji xüsusiyyətləri, kimyəvi tərkibi və s. haqqında məlumat verilmişdir.
Bağırov Orxan, Talıbov Tariyel : Naxçıvan Muxtar Respublikasının gilas və albalı genofondu
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasında mövcud olan gilas və albalının növ, sort və formalarının bioloji xüsusiyyətləri tam şəkildə öyrənilmişdir
Talıbov Tariyel, İbrahimov Ənvər : Naxçıvan Muxtar Respublikasının yabanı alma və armud növləri
Kitabda Naxçıvan MR ərazisində yayılmış yabanı alma və armud bitkiləri haqqında məlumatlar verilmişdir
Галаева Антонина : В этот мир я не вмещусь
Минимальные эти желания для максимальной реализации в жизни оказались Джалалу Алирза оглы Алиеву, крупному ученому-селекционеру, физиологу растений и действительному членусамых престижных академий наук мира, преданному патриоту своей щедрой, многострадальной земли Азербайджан, вполне достаточны. Тем более, что в неутолимой с юношеских лет потребности познавать еще непознанное Судьба его никогда не ограничивала. О нем эта книга.