By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    İctimai və humanitar elmlər


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Hüseynov Xəzər : "Azərbaycan İkinci Dünya müharibəsi dövründə" mövzusunun tədrisində bədii ədəbiyyatdan istifadə üzrə işin sistemi
Kitabda İkinci Dünya müharibəsinin başlanmasının səbəbləri və gedişi, Şimali Azərbaycanla müharibə edən dövlətlərin işğalçılıq planları haqqında məlumatlar verilmişdir.
Türk-Amerika Assosiasiyası Assambleyası  : "Erməni soyqırımı'': mif və gerçəklik
Kitabda hamıya məlum olmayan faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatları konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni soyqırımı" haqqında mif ifşa edilir.İlk növbədə erməni terrorizmi- onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotika ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir.
Səfərli Hacıfəxrəddin : "Əshabi-Kəhf ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən, Azərbaycan hətta qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının əhalisi, bölgəyə müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən hörmətlə ziyarət edilən, adı "Qurani-Kərim"də xatırlanan Əshabi-Kəhf ziyarətgahından bəhs edilir. Əsərdə orta əsr qaynaqlarına, tarixi və etnoqrafik faktlara, tədqiqatçıların fikirlərinə əsaslanaraq "Qurani-Kərim"in "əl-Kəhf" surəsində haqqında bəhs edilən Əshabi-Kəhfin Naxçıvan şəhərinin şərq tərəfində yerləşən müqəddəs yer - Əshabi-Kəhf olması fikri vurğulanır.
Qədirzadə Qadir : "Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər
Monoqrafiyada "Kitabi-Dədə Qorqud" boylarında adətlər, inamlar, ailə məişət münasibətləri onların Naxçıvan paralellərindən, "Bilqamıs" dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətlərdən bəhs edilir.
Mustafa Serdar Palabıyık : 1915 olaylarını anlamak: Türkler ve ermeniler
Kitabda 1915 ci il Türk- erməni soyqırımından bəhs olunur.
Jorj dö Malevil : 1915-ci il erməni faciəsi
Kitabda hadisələrin tarixi çərçivəsi, Osmanlı höküməti tərəfindən görülən tədbirlər, bu tədbirlərin səbəbi, nəticəsi və 1915-ci il qırğınının əsl səbəbləri haqqında bəhs olunur.
Əliyev Nail : 1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqırımları ilk mənbələrdə
Bu kitab xalqımızın həyatında baş vermiş soyqırımlar və deportasiya dövrlərində soydaşlarımızın faciələrindən, düçar olduqları müsibətlərdən söhbət açır
Nərimanoğlu Kamil Vəli, Önər Mustafa : 1926- Bakı Türkoloji qurultayı (26 fevral- 6 mart 1926)
Kitabda 26 fevral- 6 mart 1926- cı ildə Bakıda təşkil olunan Birinci Türkoloji qurultayda ortaq əlifbaya, yazıya, dilə qarşı mübahisəsini bildirən insanları, qurultayda etdikləri çıxışlara görə bir neçə il sonra ölümə, həpsə və ya sürgünə məhkum edilmələri haqqında məlumat verilmişdir
Qədirzadə Qadir : Adətlər, inanclar və türklərin soy kötüyü məsələsi
Kitabda uşaqların doğumu və tərbiyəsi ilə əlaqədar adətlər, inanclar, dəfn və yasla bağlı, bəzi heyvanlarla bağlı inanclar haqqında məlumatlar verilmişdir
Qədirzadə Qadir : Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr
Monoqrafiyada Naxçıvanda mövcud olan bir sıra adət və inamların tarixliyi araşdırmaqla digər türk xalqlar arasındakı ortaq cəhətlər müəyyən edilmişdir. Problemlə bağlı mübahisəli məsələlərə açıqlama verilmişdir
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15