By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Kənd və meşə təsərrüfatı


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ruşanov Asəf : Balbas cinsli qoyunların bioloji-təsərrüfat xüsusiyyətləri
Kitabda Azərbaycan yerli aborigen qoyun cinsləri içərisində ən yüksək bala verən, Naxçıvan Muxtar Respublikası ərazisində yeganə planlı qoyun cinsi olan Balbas qoyunlarının mənşəyi, yetişdirilməsi, yemləndirilməsi cinsdaxili tiplərinin məhsuldarlıq göstəriciləri verilmiş və heyvanların gələcək seleksiya-damazlıq işinin istiqamətinin müəyyən edilməsi, bunun üçün də gələcəkdə bu tiplərin ayrıca sürülərinin təşkili qeyd edilmişdir.
Kollektiv  : Heyvandarlıq (Dərslik)
Dərslikdə qaramal, qoyun, at, dəvə, qatır, quş, balıq, arı növlərinin bioloji təsərrüfat xüsusiyyətləri, növlərin cins tərkibi, məhsuldarlıq göstəriciləri, dünyada tətbiq olunan yetişdirmə texnologiyaları haqqında geniş məlumatlar əks olunmuşdur.
Abbasov Suliddin, Ruşanov Asəf : Heyvandarlıqdan praktikum (Ali və orta təhsilli tələbələr üçün dərs vəsaiti)
Vəsaitdə canlı orqanizmin əsası olan hüceyrənin quruluş və funksiyası, irsiyyətin nəslə ötürülməsi qanunauyğunluğu təcrübələr əsasında verilmişdir. Heyvanların əsas anatomik və topoqrafik quruluşu əks olunmuşdur. Müxtəlif növ heyvanların eksteryer statlarının öyrənilməsi, məhsuldarlığının qiymətləndirilməsi tapşırıq və məsələlərlə təhlil edilmişdir.
Sultanov Rauf, Seyidli Mirmahmud : Naxçıvan MR-nın ərazisində arı ailələrinin köçürülməsi (Metodiki vəsait)
Kitabda arı ailələrinin köçürməyə hazırlanması, köç yerinin seçilməsi, onların müxtəlif bölgələrdə inkişafı və s. haqqında məlumat verilmişdir.
Sultanov Rauf, Seyidli Mirmahmud : Naxçıvan MR-nın şəraitində arı ailələrinin qışlaması (Metodiki vəsait)
Kitabda arı ailələrinin qış dövründə həyatı, payız dövründə qışlamaya hazırlanması, yuvasının istiləşdirilməsinin təmin edilməsi, orqanizmində katalaza fermentinin fəallığının dəyişkənliyi və s. haqqında məlumat verilmişdir.
Məmmədov İsmayıl : Naxçıvan Muxtar Respublikası şəraitində ev toyuqlarının eymeriozlarında profilaktikanın tətbiq edilməsinə dair tövsiyələr
Kitabçada Naxçıvan Muxtar Respublikası şəraitində ev toyuqlarının eymeriozlarında profilaktikanın tətbiq edilməsinə dair tövsiyələr verilmişdir.
Məhərrəmov M.M. : Naxçıvan Muxtar Respublikasının arıkimilər (Hymenoptera, Apoidea) faunası
Kitabda Naxçıvan Muxtar Respublikasının bioloji müxtəlifliyində növlərinin zənginliyi və praktiki əhəmiyyəti ilə fərqlənən arıkimilər faunasının sistemli tədqiqinin nəticələri öz əksini tapmışdır. Arıkimi populyasiyalarının bölgənin bütün yüksəklik qurşaqları və landşaftları üzrə paylanması qanunauyğunluqları, onların trofik əlaqələri, uçuş fenologiyası, yuvalaması, davranış xüsusiyyətləri və sair məsələlər haqqında məlumatlar verilmişdir.
Məhərrəmov S.H., Tahirov Ə.S., Əsədov E.S. : Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri
Kitabda dünyada arıçılığın yaranması və hazırki vəziyyəti, Azərbaycanda arıçılıq, Naxçıvanda arıçılığın keçirdiyi yol, hazırki vəziyyəti və perspektivləri əks olunub.