By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Təbiət elmləri


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Əliyev Məftun, Kazımova Səkinə : (CD3)2CDOH molekulunun trans-konformerinin mikrodalğa spektri
Kitabda (CD3)2CDOH molekulunun trans-konformerinin mikrodalğa spektri, fırlanma spektri və s. haqqında məlumat verilmişdir.
Vəliyev Sadıx, Əliyev İsa : Cəbr və ədədlər nəzəriyyəsindən məsələlər (Dərs vəsaiti)
Bu dərs vəsaiti pedaqoji ali məktəblərdə "riyaziyyat", "riyaziyyat və informatika" ixtisası üzrə bakalavr pilləsində tədris olunan "Cəbr və ədədlər nəzəriyyəsi" fənninin yeni proqramına uyğun yazılmışdır. Vəsait 8 fəsildən ibarətdir və fənnin məntiq və çoxluqlar nəzəriyyəsinin elementləri, cəbrlər, tam ədədlər halqasında bölünmə münasibəti, əsas ədədi funksiyalar, tutuşdurmalar, məchullu tutuşdurmalar, bir və çox dəyişəndən asılı çoxhədlilər bölmələrini əhatə etməklə proqramın bütün tələblərini ödəyir.
Vəliyev Rövşən, Novruzov Azad : Həndəsə məsələləri (Çoxüzlülərin səthlərinin hesablanmasına aid məsələ həlli nümunələri)
Metodik vəsaitdə prizmanın, piramidanın səthinin sahəsinin hesablanmasına, çoxüzlülərin müstəvi kəsiklərinin qurulmasına və düzgün çoxüzlülərə aid məsələlərin həlli riyaziyyat proqramının tələblərinə müvafiq olaraq şagirdlərin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla verilmişdir.
Məmmədov Əbülfəz : Metrik fəzalar (Dərs vəsaiti)
Bu dərs vəsaitində funksional analiz fənninin əsas bölmələrindən olan metrik fəzalar nəzəriyyəsi ətraflı öyrənilmişdir. Metrik fəzalar nəzəriyyəsinin funksional analizdə yeri göstərilmiş, metrik fəzaya verilən iki müxtəlif təriflərin ekvivalentliyi isbat edilmiş, metrik fəzalara aid misallar verilmişdir.
Naxçıvan Dövlət Universiteti  : Nəsirəddin Tusi və müasirlik
Kitabda Şərqin böyük dühası Xacə Nəsirəddin Məhəmməd Tusinin çox şaxəli həyat yoluna nəzər salınmış, Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əliyevin ''Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında'' müvafiq fərmanından sonra Azərbaycanda və o cümlədən Naxçıvan Muxtar Respublikasında Tusi irsinə diqqətin daha da artmasından bəhs olunmuşdur.
Hacıyev Məhəmməd : Riyazi mücərrədləşdirmə və dərketmə
Monoqrafiya riyaziyyatın mühüm sahələrindən olan riyazi mücərrədləşdirmə ilə bağlı olub, fəlsəfənin aparıcı və əsas sahəsi olan dərketmədə riyazi mücərrədləşdirmənin roluna həsr olunmuşdur.
Həsənov Abdulla, Əliyev Səfa : Riyaziyyat (Abituriyentlər və hazırlıq kursları üçün vəsait)
Vəsait 9-11-ci siniflərin riyaziyyat proqramına uyğun olaraq hazırlanmışdır. Dərslikdə ədədi, üstlü və loqarifmik funksiyalar, vektorlar, üçbucaqlar, düzgün çoxbucaqlılar və s. aid məlumatlar və test tapşırıqları verilmişdir.
Vəliyev Rövşən : Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları fənni üzrə testlər (İbtidai sinif müəllimliyi ixtisası üçün)
Vəsaitdə "Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları" fənninə aid olan yüz test nümunəsi verilmişdir ki, bu nümunələr metodik baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu nümunələr əsasında tələbələr məntiqi, psixoloji, metodiki baxımdan qazandıqları nəzəri bilikləri praktiki olaraq tətbiq etmə imkanlarına yiyələnməklə, eyni zamanda öyrənmənin yeni forma və metodlarına da yiyələnirlər.
Наджафов Тофиг, Мамедов Ягуб, Садыгова Сабина : О некоторых обобщениях Шаудерового базиса
Монография посвящена важному направлению теории приближения-теории базисов. В ней рассматриваются некоторые обобщения теории Коши для аналитических функций, порожденные некоторыми нильпотентными и идемпотентными операторами.