By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Kənd və meşə təsərrüfatı


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Hacıyev Sahib : Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şəraiti
Monoqrafiyada Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarının hüquqi və ekoloji məsələləri haqqında qısa məlumat verilərək, Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi amillərdən ərazinin relyef, geoloji, geomorfoloji quruluşu, iqlim, hidroloji, hidrogeoloji şəraiti, bitki, heyvanlar aləmi, antropogen təsir və b.öyrənilmişdir.
Hacıyev Sahib : Naxçıvan Muxtar Respublikası torpaqlarının ekoloji qiymətləndirilməsi
Monoqrafiyada Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarının hüquqi və ekoloji məsələləri haqqında qısa məlumat verilərək Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi qiymətləndirilməsinin nəzəri, metodiki və metodoloji məsələləri öyrənilmişdir. Burada həmçinin torpaqların ərazidə eko-coğrafi qiymətləndirmək üçün torpaq fondundan müasir istifadə vəziyyəti, coğrafi yayılması, ehtiyat mənbələri, münbitliyinin pozulmasına təsir edən mənfi təbii və antropogen amillər və onların aradan qaldırılması yolları da tədqiq olunmuşdur.
Quliyev Əlövsət : Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekomeliorativ qiymətləndirilməsi
Kitabda Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında 30 ilə yaxın bir müddətdə, stasionar təcrübə, çöl tədqiqatları və laboratoriya analizləri verilmişdir.
Şəkuri Bəhruz, Mərdanlı Akif : Naxçıvan Muxtar Respublikasının ekosistemləri, ekzogen və antropogen proseslərin onlara təsiri, təbii müvazinətin bərpası zərurəti
Naxçıvan Muxtar Respublikasında ekoloji durum, ekosistemlər və onlara təsir edən ekzogen və antropogen amillər, torpaq örtüyü, genetik torpaq tiplərinin səciyyəsi, erroziya prosesinin onlara təsiri monoqrafiyada öz əksini tapmışdır.
Əmirov Rəşadət, Hacıyev Sahib : Naxçıvan Muxtar Respublikasının müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasında müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu haqqında məlumatlar verilir. Bu xəritədə torpaqların tipi, yarımtipi və növ müxtəliflikləri dəqiq göstərilmiş və gələcəkdə Naxçıvan MR-da torpaqlardan mədəni-təbii bitkilər altında daha səmərəli istifadə etmək üçün istiqamətlər göstərilmişdir
Məmmədov E : Şəkər çuğundurunun becərilmə texnologiyası haqqında məsləhətlər (1)
Kitabda şəkər çuğundurunun təsnifatı, şəkər çuğunduru üçün torpağın seçilməsi, toxumun səpilməsi və becərilməsi, kübrələnməsi və s. haqqında məlumat verilmişdir