Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     
 
  Xidmətlər
 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində oxuculara aşağdakı xidmətlər göstərilir:

-İnternet vasitəsilə elektron kitabxanadan istifadə
-Kitabxana daxilində elektron kataloqdan istifadə
-Kitabxana fondunda olan ədəbiyyatlardan və digər vasitələrdən istifadə


  -Oxu və dövri mətbuat zalı

Oxu və dövri mətbuat zalında 36 oxucu yeri vardır. Zalda müxtəlif sahələr üzrə ədəbiyyatlar, jurnallar və qəzetlər saxlanılır. Zala 23 adda qəzet, 18 adda jurnal Azərbaycan və rus dillərində alınır. Oxu və dövri mətbuat zalında internetdən istifadə imkanı vardır.


  -Elektron oxu zalı

Elektron oxu zalında 6 oxucu, 1 nəzarətçi yeri vardır. Kitabxanada qlobal internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir. Zalda 5 ədəd kompyuter dəsti və arxiv fondda olan DVD və CD-lərdən istifadə etmələri üçün digər elektron avadanlıqlar oxucuların ixtiyarına verilərək aşağıdakı xidmətlər təklif olunur:


-Elektron katoloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan istifadə etmək;

- Elektron katoloq vasitəsilə mərkəzin arxiv fondunda olan sənədlər, əlyazmalar, video materiallar, audio materiallar, fotolar və xəritələrdən istifadə etmək;

- İnternet üzərindən digər kitabxanaların ehtiyatlarından istifadə etmək; -Naxçıvanşünaslıq bölməsinin oxu zalı
  
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzindən istifadə qaydaları:


1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi (bundan sonra – Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli13-04/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası “Naxçıvanşünaslıq” bölməsinin bazası əsasında yaradılıb. Mərkəzdə Naxçıvan Muxtar Respublikasının tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri və mədəniyyətini, habelə Naxçıvanın görkəmli şəxslərinin həyatı və fəaliyyətini öyrənən təbliğ edən dövlət mədəniyyət müəssisəsidir. 2. «Mərkəz»in arxiv və fondundan həm Azərbaycan Respublikasının vətəndaşları, həm də xarici ölkə vətəndaşları, habelə idarə müəssisə və təşkilatlar istifadə edə bilər. Mərkəzin arxiv və fondundan istifadə pulsuzdur. Pullu xidmət ayrı-ayrı (sürətçıxarma, bərpaetmə və sair) xidmət növlərinə tətbiq oluna bilər.
3. «Mərkəz»dən istifadə yalnız oxucu bileti əsasında həyata keçirilir. «Mərkəz»ə daxil olarkən oxucu bileti təqdim olunmalıdır. Oxucu ədəbiyyat sifariş verərkən və alarkən oxucu bileti göstərilməlidir.
4. Oxucu biletini itirən şəxs dərhal xidmət şöbəsinə müvafiq ərizə ilə müraciət etməlidir və yalnız bundan bir ay sonra yeni oxucu bileti ala bilər.
5. Oxucu biletini başqa şəxsə vermək qadağandır. Belə hal baş verərsə, həmin oxucu kitabxanadan istifadə etmək hüququndan məhrum olunur.
6. Oxumaq üçün alınmış ədəbiyyatı başqa şəxsə vermək və ya. «Mərkəz»dən kənara çıxarmaq qəti qadağandır.
7. Üst geyimdə və söndürülməmiş mobil telefonlarla . «Mərkəz»ə daxil olmaq olmaz.
8. «Mərkəz»ə çap materialları, şəkillər, portfel, çanta, fotoaparat gətirmək qadağandır. Həmin əşyalar qarderoba təhvil verilməlidir.
9. «Mərkəz»in fondundan istifadə üçün alınmış ədəbiyyatı cıran və korlayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
10. Kataloq və kartotekalardan nəzakətlə istfadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq, çıxarmaq və kataloq qutularını kataloq yeşiklərindən kənara aparmaq olmaz.
11.Hər bir oxu zalının köməkçi fondundan alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar.
12. «Mərkəz»dən yalnız bu istifadə qaydalarına riayət etməyə yazılı surətdə razılıq verən vətəndaşlar istifadə edə bilərlər.

Qeyd: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinə 16 yaşından yuxarı hər bir vətəndaş üzv ola bilər. «Mərkəz»ə üzv olmaq üçün şəxsiyyət vəsiqəsi və 3x4 ölçüdə 1 ədəd rəngli fotoşəkil tələb olunur.