Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Biblioqrafik Vəsaitlər. Məlumat nəşrləri. Jurnallar


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : "Naxçıvan bu gün: islahatlar, perspektivlər" mövzusunda beynəlxalq simpoziumun proqramı
"Naxçıvan bu gün: islahatlar, perspektivlər" mövzusunda çıxış edənlərin siyahısı verilmişdir
Budaqov Budaq : Akademik H.Ə.Əliyev. Elmin korifeyləri
Kitabda akademik H.Əliyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında məlumatlar verilmişdir.
Quliyev Əbülfəz, Xəlilov Fərman : AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Kitabda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 10 illik fəaliyyəti işıqlandırılmış, İnstitut əməkdaşları haqqında məlumatlar verilmişdir.
Qasımov Natiq : Aqil Əlirza oğlu Əliyev-75
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 75 illiyi münasibətilə çap edilən bu kitabda alimin bioqrafiyası, həyat və fəaliyyəti haqqında məlumat, həmçinin görkəmli elm xadimlərinin ürək sözləri öz əksini tapmışdır. Bundan əlavə kitabda A.Əliyevin elmi əsərlərinin siyahısı verilmişdir.
Əliyev İlham ( redaksiya heyətinin sədri ) : Azərbaycan Milli Ensiklopediyası
Kitabda ölkənin təbiətini, əhalisini, iqtisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən fundamental ensiklopedik məlumatlar verilmişdir
Azərbaycan Milli Ensiklopediyası  : Azərbaycan qadın ensiklopediyası
Azərbaycan qadını ensiklopediyası əhatə etdiyi dövr və ensiklopedik qaydalara əməl olunması baxımından Azərbaycan dilində hazırlanmış ilk nəşrdir. Burada ta qədimdən indiyədək yaşamış qadın hökmdarlar və şairələr, son yüzilliyin maarifçi qadınları və ictimai xadimləri, müxtəlif hökumət və partiya vəzifələri daşıyan tanınmış qadın ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, rəssamlar, müğənnilə, aktrisalar və elm xadimləri haqqında yığcam ensiklopedik məlumatlar və əksəriyyətinin portretləri verilmişdir
Azərbaycan Respublikasının Milli Məclisi  : Azərbaycan Respublikasının Milli Məclisi I çağırış
Kitabda I çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının qısa bioqrafiyaları və fəaliyyətləri haqqında məlumat verilmişdir.
Ələkbərzadə Mehriban : Azərbaycan və Azərbaycanlılar: dünən, bu gün, sabah
Jurnalist-tədqiqatçı Mehriban Ələkbərzadənin bu kitabına "Yeni Azərbaycan" qəzetində çap olunmuş "Azərbaycan və azərbaycanlılar:dünən, bu gün, sabah" silsiləsindən tarixi-fəlsəfi esseləri daxildir
Eyvazqızı Ulduz : Əli Əliyev
Kitabda Əli Əliyevə aid məlumatlar və fotomateriallar verilmişdir.
(Müəllifi yoxdur)  : Elin oğlu
Kitabda uzun illər Həsən Əliyevlə birgə işləmiş, onunla ünsiyyətdə olmuş sənət, əqidə dostlarının, daha sonra tələbələrinin, onu yaxından tanıyanların bu sadə, səmimi, xeyirxah, zəhmətsevər insan haqqında xatirələri verilmişdir
1 - 2 - 3