Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Biblioqrafik Vəsaitlər. Məlumat nəşrləri. Jurnallar


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Seyidov Yusif : Akademik İsa Həbibbəyli
Monoqrafiyada əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi-pedaqoji, ədəbi və ictimai fəaliyyətindən bəhs edilir
İvgin Hayrəddin : Avrasya Kurumu sempozyum bildirileri
Kitabda Avrasya ilə Türkiyə arasında sevgidən, dostluqdan, barışdan, mədəniyyət, turizm, əlaqələri haqqında məlumat verilmişdir
İvgin Hayrəddin : Avrasya Qurumu simpozium məlumatları ( Nizamidən Yunus Əmrə" yə K.Atatürk" dən H.Əliyev" ə uzanan sevgi və barış yolu simpozium məlumatları)
Kitabda simpoziumun açılışındakı çıxışlar və görüntülər verilmişdir
Məmmədova E.T, Əhmədova Ç.N : Azərbaycan elm və mədəniyyət xadimləri. H.Ə.Əliyev Biblioqrafiya
Kitabda Həsən Əliyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası, elmi-populyar məqalələri, redaktə etdiyi əsərlər, dissertantlara elmi rəhbərliyı haqqında məlumat verilmişdir
Əsədullayeva Nuranə, İsmayılova Arzu : Hüseyn Cavid: həyat və sənət yolu
Kitabda Hüseyn Cavidin həyatı və yaradıcılığı, Hüseyn Cavid haqqında görkəmli adamların dedikləri, əsərləri və s. haqqında məlumatlar verilmişdir
Xəlilov Fərman : Hüseyn Razi, Biblioqrafiya
Kitaba Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Hüseyn Raziyə həsr olunan bəzi məqalələr, əsərləri və haqqında yazılanlara aid 1742 mənbəni əhatə edən biblioqrafiyası, müxtəlif tanınmış şəxslərdən və bəzi oxuculardan aldığı məktublar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər daxil edilmişdir.
Əskər Ramiz, Əskər Nailə : Kitabi-Dədə Qorqud. Biblioqrafik göstərici
Biblioqrafik göstəriciyə Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, uyğur, tatar, başqırd, qaqauz, qaraqalpaq, avar, ləzgi, udi, talış, tat, xınalıq, kürd, rus, Ukrayna, polyak, serb-xorvat, çernoqoriya, latış, Litva, eston, gürcü, erməni, alman, ingilis, fransız, italyan, macar, holland, yunan, portuqal, ərəb, fars, ivri, Çin, hind, yapon və Koreya dillərində 8142i mənbə daxil edilmişdir.
Əskər Ramiz, Əskər Nailə : Kitabi-Dədə Qorqud. Biblioqrafik göstərici
Biblioqrafik göstəriciyə Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, uyğur, tatar, başqırd, qaqauz, qaraqalpaq, avar, ləzgi, udi, talış, tat, xınalıq, kürd, rus, Ukrayna, polyak, serb-xorvat, çernoqoriya, latış, Litva, eston, gürcü, erməni, alman, ingilis, fransız, italyan, macar, holland, yunan, portuqal, ərəb, fars, ivri, Çin, hind, yapon və Koreya dillərində 8142 mənbə daxil edilmişdir.
Eyvazlı Həsənəli (tərt. ed. və red.) : Naxçıvan Müəllimlər İnstitutu 10 ildə (Biblioqrafiya)
Kitabda Naxçıvan Müəllimlər İnstitutunun 10 illik fəaliyyəti haqqında biblioqrafik məlumatlar verilmişdir.
Öz Gülağ : Yol. Naxçıvan özəl sayısı
Kitabda Naxçıvan şəhərinin adı və tarixi, muxtariyyat ərəfəsində erməni işğalına qarşı mübarizə və onun poetik tərənnümü, Hüseyn Cavid mənzum dramlarında vətən sevgisi, məhbəs həyatı, türk xalqlarının folklorunda ağı janrı, fəlsəfi biliyin qaynaqları və s. haqqında məlumatlar var