Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Məmməd Araz : "Mən özüm bilirəm nəçiyəm, nəyəm!"
Kitabda sülhə, əmin-amanlığa, zamanın ən vacib və aktual məsələlərini vaxtında poetik şəkildə oxucuya çatdırmaq istəyən şairin bir sıra orijinal şeirləri və poemaları verilmişdir
Behbudova Aypara : Adil Babayev: ömür yolu və sənət dünyası
Monoqrafiyada çoxcəhətli və zəngin yaradıcılığa malik şair, dramaturq, teatrşünas və tərcüməçi Adil Babayevin keşməkeşli ömür yolu, yaradıcılığının ideya-bədii məziyyətləri, janr və mövzu rəngarəngliyi ilk dəfə ətraflı olaraq təhlil edilmiş və ədəbiyyatında ədibin yeri müəyyənləşdirilmişdir. Kitabda Adil Babayevin həyatının müxtəlif anlarını əks etdirən fotolar da verilmişdir.
Rəsulova Gülnarə : Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı
Soraq kitabında tanınmış tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin tərcümeyi-halının əsas məqamları verilmiş, bu vaxtadək nəşr olunmuş məqalə və resenziyalarının, müəllifi, redaktoru və tərtibçisi olduğu kitabların, tərcümələrinin, rəhbərliyi altında hasilə yetən namizədlik və doktorluq əsərlərinin biblioqrafiyası öz əksini tapmışdır
Babaxanlı Gülbəniz : Azərbaycan ədəbi fikri və Hüseyn Cavid
Filologiya üzrə fəlsəfə doktoru, H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyası dahi şairimiz H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyaları elmi təhlil obyektinə çevirir
Mirəhmədov Əziz, Xanbabayeva Səfiyyə : Azərbaycan klassik ədəbiyyatından seçmələr (VII-XII əsrlər Azərbaycan şeri)
Kitabda Azərbaycan klassik poeziyasının 500 illik bir dövrünü əhatə edən poetik əsərlərdən nümunələr toplanmışdır. Əsasən lirik və ictimai-siyasi şeirlərdən ibarət olan bu əsərlər ərəb və fars dillərindən tərcümə edilmişdir.
Qəhrəmanov Cahangir : Azərbaycan klassik ədəbiyyatından seçmələr (XIII-XVI əsrlər Azərbaycan şeri)
" Azərbaycan klassik ədəbiyyatından seçmələr"in bu cildində XIII-XVI əsrlərin ən görkəmli şairlərinin- İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Əssar Təbrizi, İmadəddin Nəsimi Şah Qasım Ənvar, Kişvəri və b. seçilmiş əsərləri daxil edilmişdir
Qəhrəmanov Cahangir : Azərbaycan klassik ədəbiyyatından seçmələr (XVII-XVIII əsrlər Azərbaycan şeri)
"Azərbaycan klassik ədəbiyyatından seçmələr"in bu cildində Saib Təbrizi, Vaqif, Vidadi, Qövsi Təbrizi və digər şairlərin əsərlərindən ən yaxşı nümunələr daxil edilmişdir
Süleymenov Oljas : Az-Ya
Çağdaş türk dünyasının tanınmış şəxsiyyəti, şöhrətli qazax şairi, görkəmli publisist alim, eyni zamanda ictimai və siyasi xadim Oljas Süleymenovun "Az-Ya"sı hadisələrə və əsərlərə yanaşma tərziylə seçilən kitabdır.
Hacıyev Abbas : Cavad Cavadlının yaradıcılıq yolu
Kitabda 1937-ci il siyasi repressiyasının ağrı-acılarına məruz qalmış ziyalı ailənin övladı, tanınmış şair-jurnalist Cavad Cavadlının yaradıcılığından bəhs olunur.
Turan Azər : Cavidnamə
Azər Turanın təqdim olunan bu kitabında Hüseyn Cavidin ömür yolu, yaradıcılığının tarixi, elmi, ədəbi, teoloji qaynaqları və s. araşdırılır
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8