Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Təbiət elmləri


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Bababəyli Nazim, İmat Fatih, Fətəliyeva Aytən : Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı
Kitabda ərazinin təbii iqlim şəraiti, oroqrafiyası, geoloji quruluşu və geomorfologiyası, torpaqları, bitki örtüyü və heyvanlar aləmi, ekocoğrafi şəraiti və landşaftı haqqında məlumatlar göstərilmişdir
Bababəyli Nazim, İmat Fatih : Araz çay sisteminin yuxarı hissəsinin ekocoğrafi şəraiti
Monoqrafiyada Araz çayı sisteminin yuxarı hissəsinin, hidroloji rejimi və ekoloji şəraitinə təsir edən təbii amillər-iqlim xüsusiyyətləri, bitki örtüyü, hidrogeoloji şəraiti və.s haqqında məlumat vermiş, çayın, onun qollarının, hövzədəki su anbarları və göllərin hidroqrafik xüsusiyyətləri və ekoloji şəraiti səciyyələndirilmişdir.
Qarayev İdrak (məsul redaktor) : Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu (2013- cü il aprel ayının 1- nə olan vəziyyətə görə)
Topluya Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin yaradılması və ləğv edilməsi, habelə onların ərazisi, əhalisinin sayı barədə və digər məlumatlar daxil edilmişdir
Həsənli Oruc : Diyarşünaslıq
Kitabda diyarşünaslığın tarixindən, mövzusundan, müasir inkişafından və ayrı-ayrı fənlərin tədrisində texnologiyalarından bəhs edilmişdir.
Budaqov Budaq, Məmmədov Zahid : Elin oğlu (Akademik H.Ə.Əliyev haqqında xatirələr)
Oxucular topluda uzun illər Həsən Əliyevlə birgə işləmiş, onunla ünsiyyətdə olmuş sənət, əqidə dostlarının, daha sonra tələbələrinin, onu yaxından tanıyanların bu sadə, səmimi, xeyirxah, zəhmətsevər insan haqqında xatirələri ilə tanış olacaqlar
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  : Görkəmli alim və ictimai xadim, akademik Həsən Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Akademik Həsən Əliyev və Azərbaycanda ekologiya elmi" mövzusunda elmi-praktik konfransın tezisləri
Kitabda akademik H.Əliyevin zoologiya elminin inkişafında rolu, botanikanın inkişafındakı xidmətləri, Azərbaycanda ekologiyanın inkişaf tarixi, torpaqşünaslığın inkişafında rolu, Naxçıvanın təbiətinin tədqiqində ideyaları,ətraf mühitin qorunması və.s haqqında məlumat verilmişdir.
Rzayev Oktay : Naxçıvan çökəkliyinin dərinlik quruluşu və tektonik xüsusiyyətləri
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisinin əsas tektonik elementlərindən biri olan Naxçıvan çökəkliyinin geoloji quruluşunda iştirak edən çöküntülərin struktur-tektonik xüsusiyyətləri mövcud geoloji-geofiziki materiallar əsasında təhlil edilib və ərazisində faydalı qazıntı yataqlarının axtarışının böyük iqtisadi əhəmiyyətə malik olduğu əsaslandırılıb.
Babayev Səfərəli : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabda Naxçıvan MR-in fiziki coğrafiyasının öyrənilməsinə, ərazisi, sərhədləri, coğrafi mövqeyinə, təbii şəraitinə, onun ayrı-ayrı komponentlərinə, landşaftına, təbii sərvətlərinə, onlardan istifadə məsələlərinə, təbiəti mühafizələrinin vəziyyətinə dair ətraflı məlumat verilir.
Nağıyev Vasif, Məmmədov İlman  : Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları.
Kitabda Naxçıvan Muxtar Respublikasının metal, qeyri-metal, bəzək daşları və tikinti materialları yataqları haqqında məlumat verilir.
Azərbaycan Milli Geofizika Komitəsi  : Naxçıvan Muxtar Respublikasının geoloji-geofiziki və faydalı qazıntılar xəritəsi
Atlasda son illərə qədər onlarla təşkilat tərəfindən aparılmış bütün geoloji-geofiziki tədqiqatların nəticələri əks etdirilmişdir. Bununla yanaşı, Muxtar Reapublika haqqında məlumatların tamlığı üçün əvvəlki illərdə dərc edilmiş inzibati-siyasi, fiziki, torpaq, geomorfoloji və b. xəritələr də atlasa əlavə edilmişdir.
1 - 2