Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    İctimai və humanitar elmlər


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

İsgəndərov Asəf : "Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi" Beynəlxalq elmi-praktik konfrans
Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin öyrənilməsi, qorunması, təbliği və tətbiqi ilə yanaşı, Azərbaycanın XXI əsrə müasir dirçəlişininin müəllifi olan İlham Əliyevin bu irsi bacarıqla, inamla və qətiyyətlə inkişaf etdirilməsi nəticəsində əldə olunan uğurların və qarşıda duran vəzifələrin təhlilinə həsr olunmuşdur
Naxçıvan Muxtar Respublikası  : "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"
Bu kitabda Heydər Əliyevin doğma vətəni Azərbaycan haqqında söylədiyi fikirlər verilmişdir
Ministry of Foreign Affairs , National Academy of Sciences of the Republic of Azerbaijan  : Alimardan Bay Topchubashov
Kitabda Əlimərdan bəy Topşubaşovun 150 illiyinə həsr olunmuş beynəlxalq konfransın materialları verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu  : ASALA- Beynəlxalq təhlükə: ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin məxviliyi pozulmuş raportu
Kitabda ASALA-nın (Ermənistanın azadlığı üçün erməni gizli ordusu) yaranması, erməni terrorunun mənşəyi və müxtəlif ölkələrdə 1975-1983-cü illərdə erməni terrorizminin xronologiyası verilmişdir
Talıbov Rza : Asiya ölkələri beynəlxalq münasibətlər sistemində
Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Həmçinin kitabda Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də yer verilmişdir.
Azərbaycan Respublikasının Prezident Aparatı  : Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında
İki hissədən ibarət olan kitabın birinci hissəsində 1994-cü ildə Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində həyata keçirdiyi daxili və xarici siyasətin əsas istiqamətləri, Heydər Əliyevin müxtəlif görüşlərinin materialları, ən mühüm çıxış və müsahibələri daxil edilmişdir
Azərbaycan Respublikasının Prezident Aparatı  : Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında
Kitabın ikinci hissəsində 1994-cü ilin sentyabr-dekabr aylarında Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri və Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində çoxşaxəli fəaliyyətini və "Əsrin müqaviləsi"ni, oktyabrın əvvəllərində baş vermiş dövlət çevrilişinə cəhd və onun qarşısının alınmasını, daxili və xarici siyasət sahəsində həyata keçırilən digər mühüm tədbirlər haqqında məlumatlar verilmişdir
Əliyev İlham : Azərbaycan 2013-2003. Əsrə bərabər illər (xarici siyasət: ikitərəfli və çoxtərəfli münasibətlər-beynəlxalq inteqrasiya və ölkənin nüfuzunun güclənməsi)
Kitabda 2003-2013- cü illərdə Azərbaycanın xarici siyasəti, ikitərəfli və çoxtərəfli münasibətlər-beynəlxalq inteqrasiya və ölkənin nüfuzunun güclənməsi haqqında məlumatlar verilmişdir.
Mahmudov Yaqub, Şükürov Kərim : Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639-1828)
Kitabda Azərbaycanın beynəlxalq münasibətləri və diplomatiya tarixinin intensiv tədqiqi ilə müqayisədə onun sənəd və materiallardan ibarət bazasının yaradılması nisbətən geridə qalır. Bu boşluğu aradan qaldırmaq məqsədilə xeyli müddətdən bəri aparılan məqsədyönlü iş sahəsində əldə edilmiş sənəd və materialların bir hissəsi çap olunur
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi  : Azərbaycan gəncləri 2007
Kitabda Azərbaycanın milli bayramları, Azərbaycan Respublikası üzrə 18-34 yaşda olan əhalinin yerləşməsi, sağlamlığın qorunması və s. kimi məsələlərin həlli barədə məlumat verilmişdir
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15